Masallıda yanacaqdoldurma məntəqəsində yanğın olub

Masallıda yanacaqdoldurma məntəqəsində yanğın olub Hadisə rayonun Şərəfə kəndində baş verib
Hadisə
27 Avqust , 2016 08:43
Masallıda yanacaqdoldurma məntəqəsində yanğın olub

Masallı. 27 avqust. REPORT.AZ/ Gecə saatlarında Masallının Şərəfə kəndində vətəndaşa məxsus hazırda fəaliyyət göstərməyən "Şərəfə" petrol yanacaqdoldurma məntəqəsində yanğın olub.

"Report"un Cənub bürosunun məlumatına görə, yanğın nəticəsindənəticədə ümumi sahəsi 100 m² olan məntəqənin ofis otağının döşəməsi 4 m² sahədə və bitişik talvarın yanar konstruksiyaları 12 m² sahədə yanıb.

Yanğından yanacaqdoldurma məntəqəsinin qalan hissəsi mühafizə olunub. Yanğın söndürülüb.

Son xəbərlər

Orphus sistemi