Masallıda yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub - FOTO

Masallıda yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub - FOTO ​Faktla bağlı araşdırma aparılır
Hadisə
14 Yanvar , 2016 11:30
Masallıda yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub - FOTO

Bakı. 14 yanvar. REPORT.AZ/ Masallı rayonunun Sərçuvar kəndində yerləşən yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub. "Report"un məlumatına görə, ov tüfəngi ilə silahlanan maskalı şəxs növbətçini hədələyərək ondan kassada olan pulları verməsini tələb edib. Bu zaman yanacaqdoldurma məntəqəsinə avtomaşının yaxınlaşması onun planını pozub. Qarətçi qaçaraq hadisə yerindən uzaqlaşıb. Masallı Rayon Polis Şöbəsinə (RPŞ) daxil olan məlumat əsasında yaradılan əməliyyat qrupu hadisəni törətməkdə şübhəli bilinən bir nəfəri saxlayaraq istintaqa təhvil verib.
Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi