Masallıda xəttə çıxmalı olan avtobusların akkumulyatorları oğurlanıb

Masallıda xəttə çıxmalı olan avtobusların akkumulyatorları oğurlanıb Hadisə 22 saylı sərnişin mikroavtobuslarının qarajında baş verib
Hadisə
2 Aprel , 2017 16:46
Masallıda xəttə çıxmalı olan avtobusların akkumulyatorları oğurlanıb

Bakı. 2 aprel. REPORT.AZ/ Masallı rayonunda avtomaşınların akkumulyatorları oğurlanıb.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, oğurluq hadisəsi Masallı-Boradigah marşrutu üzrə işləyən 22 saylı sərnişin mikroavtobuslarının Ərkivan qəsəbəsindəki qarajda baş verib.

Sürücülər hadisə barədə "102" xidmətinə məlumat veriblər. Səhər marşrut üzrə xəttə çıxmaq istəyən sürücülər akkumulyatorların oğurlandığını görüblər. Sürücülərə ümumilikdə 1350 manat dəyərində ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi