​Masallıda velosipedçini maşın vurub - FOTO

​Masallıda velosipedçini maşın vurub - FOTO Zərərçəkən ağır yaralanıb
Hadisə
13 May , 2016 22:24
​Masallıda velosipedçini maşın vurub - FOTO

Bakı. 13 may. REPORT.AZ/ Masallıda avtomaşın velosipedçini vuraraq ağır bədən xəsarətləri yetirib.

"Report" xəbər verir ki, hadisə Lənkəran-Boradigah yolunun Masallı rayonu ərazisində qeydə alınıb.

"VAZ 2106" markalı "44-BF-592" qeydiyyat nişanlı avtomaşının 51 yaşlı sürücüsü, Lənkəran rayonu Separadı kənd sakini Məhərrəmov Siyasət Məhərrəm oğlu yolda hərəkət edən piyadanı vurub. Sürücü zərərçəkəni dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən yaralının Lənkəran rayonu 45 yaşlı Zövlə kənd sakini Əliyev İlkin Mirzəhüseyn oğlu olduğu müəyyənləşdirilib. Sürücü velosipedçinin qəfildən onun yoluna çıxdığını söyləyib.

Faktla bağlı Masallı rayon polisi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi