Yuxarı
    Bağlamaq

    Masallıda sürücü azyaşlını vuraraq hadisə yerindən qaçıb

    Hadisəni törədən sürücü polis əməkdaşları tərəfindən saxlanılıb

    Masallı. 29 iyun. REPORT.AZ/ Masallı rayonunda sürücü azyaşlını vuraraq hadisə yerindən qaçıb.

    "Report"un xəbərinə görə, hadisə rayonun mərkəzi küçələrinin birində qeydə alınıb.

    Belə ki, 2009-cu il təvəllüdlü Baxışov Zamiq Əli oğlu yoldan keçərkən onu "Toyoto Prado" markalı avtomobil vuraraq ərazidən uzaqlaşıb. Z.Baxışov ağır xəsarət alaraq Bakıda yerləşən xəstəxanaların birinə yerləşdirilib.

    Hadisəni törədən sürücü Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Qeyd edək ki, xəsarət alan azyaşlının atası Baxışov Əli Masallıda kənd məktəblərinin birində direktor müavini vəzifəsində çalışır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi