Yuxarı
    Bağlamaq

    Masallıda silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıb

    Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir

    Masallı. 20 iyun. REPORT.AZ/ Masallı rayonunda oğurluqlar edən dəstə üzvləri saxlanılıb.

    "Report"un Cənub bürosunun verdiyi xəbərə görə, Masallı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluqlarla məşğul olan, gənclərdən ibarət dəstə üzvləri tutulub. 

    RPŞ-dən bildirilib ki, istintaq tədbirləri davam etdirilir: "Hələlik üç nəfər saxlanılıb. Saxlanılan şəxslər Masallı şəhər sakinləri - 1990-cı il təvəllüdlü Kazımov Elvin Əliguşad oğlu, 1995-ci il təvəllüdlü Hüseynzadə Elmin Vüqar oğlu, 1996-cı il təvəllüdlü Tağıyev Saleh Əli oğludur. 2000-ci il təvəllüdlü Nəsirov Fərhad Xosrov oğlu isə yetkinlik yaşına çatmadığı üçün sərbəst buraxılıb. Saxlanılan gənclərin təkcə üç mənzildən etdikləri oğurluqlar nəticəsində vətəndaşlara 10 000 manatdan çox ziyan vurublar". 

    Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi