Masallıda sərnişin mikroavtobusu ilə minik avtomobili toqquşub, yaralılar var

Masallıda sərnişin mikroavtobusu ilə minik avtomobili toqquşub, yaralılar var Masallı. 11 iyul. REPORT.AZ/ Masallı rayonunda minik maşını ilə mikroavtobus toqquşub, yaralılar var.
Hadisə
11 İyul , 2018 13:36
Masallıda sərnişin mikroavtobusu ilə minik avtomobili toqquşub, yaralılar var

Masallı. 11 iyul. REPORT.AZ/ Masallı rayonunda minik maşını ilə mikroavtobus toqquşub, yaralılar var.

“Report”un Cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının Masallı rayonunun Xıl kəndindən keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı "Ford" markalı mikroavtobus və "Hundai" markalı minik maşını toqquşub.

Qəza nəticəsində xəsarət alan 10 nəfər təcili tibbi yardım maşını ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlər onlardan bir neçəsinin vəziyyətini ağır kimi qiymətləndiriblər. 

Son xəbərlər

Orphus sistemi