Masallıda qəlyan xidməti göstərən obyektin icarədarı cərimələnib

Masallıda qəlyan xidməti göstərən obyektin icarədarı cərimələnib Ölkə ərazisində elan edilmiş karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.
Hadisə
158
2 Sentyabr , 2021 09:56
Masallıda qəlyan xidməti göstərən obyektin icarədarı cərimələnib

Ölkə ərazisində elan edilmiş karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, bu istiqamətdə Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı Masallı şəhəri ərazisində yerləşən “Retro” çay evində karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilməsi halı aşkarlanıb.

Karantin qaydalarının pozulduğu həmin obyektin icarədarı və 2 müştəri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə olunublar.

Son xəbərlər

Orphus sistemi