Masallıda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib

Masallıda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib Hadisəyə səbəb yaşayış məntəqəsi ərazisində sürət məhdudiyyətinin gözlənilməməsi olub
Hadisə
5 İyul , 2015 16:41
Masallıda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı. 5 iyul. REPORT.AZ/ Masallı-Boradigah şosse yolunun Ərkivan qəsəbəsi ərazisindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, Masallı rayon sakini 22 yaşlı Namik Ağazadə idarə etdiyi Mersedes markalı 90 XP 616 dövlət qeydiyyat nişanlı avtomaşınla yolu keçmək istəyən qəsəbə sakini 45 yaşlı Reyhan Cəbrayılovanı vurub.

Yaralı aldığı bədən xəsarətlərindən hadisə yerində keçinib. Hadisəyə səbəb yaşayış məntəqəsi ərazisində sürət məhdudiyyətinin gözlənilməməsi olub.

Faktla bağlı cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi