Masallıda otellərdən birində qadın qətlə yetirilib - YENİLƏNİB

Masallıda otellərdən birində qadın qətlə yetirilib - YENİLƏNİB Faktla bağlı cinayət işi açılıb
Hadisə
12 Dekabr , 2016 20:36
Masallıda otellərdən birində qadın qətlə yetirilib - YENİLƏNİB

İlk xəbər saat 20:14-də dərc edilib.

Masallı. 12 dekabr. REPORT.AZ/ Masallı rayonundakı otellərdən birində qətl hadisəsi baş verib.

"Report"un Cənub bürosu xəbər verir ki, Salyan rayon sakinləri - 1975-ci il təvəllüdlü Muradov İbrahim Paşa oğlu keçmiş həyat yoldaşı, 1987-ci il təvəllüdlü Hüseynova Röya Novruz qızını bıçaqla qətlə yetirib.

Yaralı, Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib. Meyit Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Mərkəzinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Şübhəli şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi