Masallıda oğurluqla məşğul olan dəstə üzvləri saxlanılıb

Masallıda oğurluqla məşğul olan dəstə üzvləri saxlanılıb Faktla bağlı araşdırma aparılır
Hadisə
25 Aprel , 2017 16:33
Masallıda oğurluqla məşğul olan dəstə üzvləri saxlanılıb

Masallı. 25 aprel. REPORT.AZ/ Masallı rayonunda oğurluqla məşğul olan dəstə üzvləri saxlanılıb.

"Report"un cənub bürosunun verdiyi xəbərə görə, Masallı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində soyğunçuluqla məşğul olan üç nəfərlik dəstə üzvləri zərərsizləşdirilib. 

Belə ki, aprel ayının 18-dən 19-a keçən gecə rayonun Qızılağac kəndində Səlimova Tinati və Mirzəyeva Xoşqədəm Hidayət qızlarının yaşadığı və həmən kənd sakini Səfərova Hökumə Abduləli qızının yaşadığı mənzillərə maskalı şəxslər daxil olaraq, ev sahiblərinə hədə-qorxu gəlmək yolu ilə ümumilikdə 3 min manat dəyərində qızıl-zinət əşyalarını ələ keçiriblər. 

Əməliyyat-axtarış tədbirləri nəticəsində evlərə basqın etməkdə şübhəli bilinən üç nəfər dəstə üzvü Bakı şəhərində saxlanılıb. Saxlanılan şəxsər- Qızılağac kənd sakini Vüsal Əliyev, Bərdə rayon sakini Faiq Abışlı və Astara rayon sakini Amil Qənbərovdur. 

Faktla bağlı araşdırma aparılır.  

Son xəbərlər

Orphus sistemi