Masallıda minik və yük avtomobilləri toqquşub, xəsarət alanlar var

Masallıda minik və yük avtomobilləri toqquşub, xəsarət alanlar var Masallıda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə
21 Sentyabr , 2021 09:06
Masallıda minik və yük avtomobilləri toqquşub, xəsarət alanlar var

Masallıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Cənub Mərkəzinin məlumatına görə, hadisə Çaxırlı kəndində qeydə alınıb.

"VAZ- 2106" markalı avtomobillə "QAZel" markalı avtomobillər toqquşub. Nəticədə hər iki avtomobilin sürücüləri - Çaxırlı kənd sakini, 1978-ci il təvəllüdlü Azər Sahib oğlu Mehdiyev və Qəfər Fariz oğlu Əhmədli xəsarət alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisəyə yük avtomobilinin sərt dönüş etməsinin səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi