Bakı. 24 aprel. REPORT.AZ/ Axşam saatlarında Masallı rayonunun Binə Xocavar kəndində vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin salonu yanıb.
"Report" xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 22:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.