​Masallıda minik avtomobili yanıb, 1 nəfər xəsarət alıb

​Masallıda minik avtomobili yanıb, 1 nəfər xəsarət alıb Hadisə nəticəsində sürücünün əli yanıb
Hadisə
5 İyun , 2016 22:58
​Masallıda minik avtomobili yanıb, 1 nəfər xəsarət alıb

Bakı. 5 iyun. REPORT.AZ/ Bu gün axşam saatlarında Masallı rayonunun Ərkivan qəsəbəsində vətəndaşa məxsus “Nissan” markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı avtomobilin sürücüsü əl nahiyəsindən yanıq xəsarəti alıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi