Masallıda kriminal aləmlə əlaqəsi olan şəxsdən külli miqdarda narkotik vasitə aşkarlanıb

Masallıda kriminal aləmlə əlaqəsi olan şəxsdən külli miqdarda narkotik vasitə aşkarlanıb Faktla bağlı Cinayət İşi başlanılıb
Hadisə
2 iyun 2017 08:21
Masallıda kriminal aləmlə əlaqəsi olan şəxsdən külli miqdarda narkotik vasitə aşkarlanıb

Masallı. 2 iyun. REPORT.AZ/ Masallı rayon sakini külli miqdarda narkotik vasitə ilə saxlanılıb. 

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, Masallı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı rayonun Ərkivan qəsəbə sakini, 1988-ci il təvəllüdlü Cəfərov Natiq Nəriman oğlunu saxlayıb. 

N.Cəfərov saxlanılarkən üzərinəki bağlamada 1,5 kiloqram  çəkidə qurudulmuş marixuana aşkar edilərək maddi-sübut kimi götürülüb. 

N.Cəfərov narkotik tərkibli bitkini özü yetişdirdiyini söyləyib. 

Saxlanılan şəxsin kriminal aləmlə sıx əlaqəsinin olduğu bildirilir, əvvəllər törətdiyi ağır cinayətə görə məhkumluq həyatı yaşadığı bildirilir. 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi