Yuxarı

Masallıda fermada yanğınla nəticələnən partlayış baş verib

Yanğın zamanı talvarın yanar konstruksiyaları və altına yığılmış ot bağlamasının 15 tonu yanıb

Bakı. 7 avqust. REPORT.AZ/ Masallı rayonunda süd qəbulu məntəqəsinin soyuducu kamerasında həcmi 60 litr olan freon qaz balonunda yanğınla nəticələnən partlayış olub.

"Report" xəbər verir ki, hadisə rayonun Ərkivan qəsəbəsində qeydə alınıb.

Qəsəbədə vətəndaşa məxsus fermanın ərazisində ümumi sahəsi 190 m2 olan süd qəbulu məntəqəsinin soyuducu kamerasında həcmi 60 litr olan freon qaz balonunda yanğınla nəticələnən partlayış baş verib. Nəticədə, soyuducu kameranın lambirindən ibarət tavanı 15 m2 sahədə dağılmış və şüşələri sınıb.

Yanğın zamanı ərazidə yerləşən ümumi sahəsi 144 m2 olan talvarın yanar konstruksiyaları və altına yığılmış 36 ton ot bağlamasının 15 tonu yanıb.

Ot bağlamasının qalan hissəsi və ferma yanğından mühafizə olunub.

Yanğın saat 14:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi