Masallıda ev yanıb, 81 yaşlı qadın ölüb - YENİLƏNİB

Masallıda ev yanıb, 81 yaşlı qadın ölüb - YENİLƏNİB Masallı. 30 dekabr. REPORT.AZ Masallı rayonunda fərdi yaşayış evində baş verən yanğın zamanı 81 yaşlı qadın yanaraq ölüb. 
Hadisə
30 Dekabr , 2017 08:32
Masallıda ev yanıb, 81 yaşlı qadın ölüb - YENİLƏNİB

Masallı. 30 dekabr. REPORT.AZ Masallı rayonunda fərdi yaşayış evində baş verən yanğın zamanı 81 yaşlı qadın yanaraq ölüb. 

"Report"un Cənub bürosu xəbər verir ki, rayonun Mahmudavar kənd sakini, 1936-cı il təvəllüdlü Kazımova Mariya Balakişi qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən tapılıb. 

***7:58

Masallı. 30 dekabr. REPORT.AZ/ Masallı rayonunda fərdi yaşayış evində yanğın olub.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Mahmudavar kəndində baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib. İkimərtəbədən və  yeddi otaqdan ibarət olan ebin 2-ci mərtəbəsi əşyaları ilər birlikdə yanaraq kül olub. 

Yanğın zamanı evdə yaşlı qadının olduğu və yanaraq öldüyü bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi