İcra hakimiyyəti başçısının müavini: "Masallıda daşqınla bağlı bütün qüvvələrimizi səfərbər etmişik"

İcra hakimiyyəti başçısının müavini: "Masallıda daşqınla bağlı bütün qüvvələrimizi səfərbər etmişik" "Yağııntı həddindən artıq çox olduğundan bəzi yaşayış yerləri subasmanın təsirinə məruz qalıb"
Hadisə
26 Oktyabr , 2016 16:48
İcra hakimiyyəti başçısının müavini: Masallıda daşqınla bağlı bütün qüvvələrimizi səfərbər etmişik

Masallı. 26 oktyabr. REPORT.AZ/ Masallı Rayon İcra Hakimiyyəti Böyük Təklə kəndində 40-a yaxın yaşayış evinin suyun altında qalmasına münasibət bildirib. 

RİH başçısının müavini Nəsir Muxtarlı "Report"un Cənub bürosuna açıqlamasında deyib ki, hazırda mümkün tədbirlərin görülməsi üçün ərazidədirlər: "Əsasən çayın kənarında tikilən yeni evlər su altında qalıb. Ümumiyyətlə, Masallı rayonuna qısa fasilələrlə iki aya yaxındır yağıntı düşür. Viləşçay, Tatyançay, Boradigahçayda sululuğun səviyyəsi maksimum həddə çatıb. Yağıntıların intensivliyi səbəbindən hər an daşqın təhlükəsi gözlənilir. Buna görə də bütün qüvvələrimizi səfərbər etmişik. Yerli və daxili imkanlarımız hesabına hələlik subasmaların baş verməməsi üçün zəruri tədbirlər görülür. Əraziyə müxtəlif texnikalar cəlb edilib. Kəndlərin ərazisindən keçən, həyətlərə və əkin sahələrinə ziyan vura biləcək ərazilərdə kollektorlar təmizlənib. Payız-qış mövsümünə hazırlıqla əlaqədar daxili imkanlar hesabına ayrı-ayrı istiqamətlərdə 40 km-dək kanal və kollektorlar qazılıb. Lakin yağııntı həddindən artıq çox olduğundan bəzi yaşayış yerləri subasmanın təsirinə məruz qalıb. "Meliorasiya və Su Təsərrüfatı" ASC-yə Masallı Rayon İcra Hakimiyyəti tərəfindən müraciət olunub".

N.Muxtarlı qeyd edib ki, hazırda 3 min hektara qədər buğda əkini sahəsi yağıntının çox olması səbəbindən ziyan çəkir, həmçinin digər əkin növləri üçün şum işləri ləngiyir.  

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzindən Göytəpə və Yazqıraq çaylarının Böyük Təklə kəndində qovuşduğu hissədə məcrasından çıxması və həyətlərə dolması ilə bağlı sakinlərin müraciətinə cavab olaraq problemin yerli idarəetmə orqanları tərəfindən həllinin münasib hesab edildiyi bildirilib.

Son xəbərlər

Orphus sistemi