Yuxarı
    Bağlamaq

    Masallıda sel sularından zərər çəkən ev uçub - VİDEO

    Evin bir otağı iki il əvvəl baş verən daşqınlar zamanı uçub

    Bakı. 12 noyabr. REPORT.AZ/ Masallı rayonunda daşqına məruz qalan evin bir otağı uçub, digər iki otağı isə qəzalı vəziyyətə düşüb. "Report"un məlumatına görə, hadisə rayonun Mollaoba kəndində baş verib. Kənd sakini 47 yaşlı Əvəz Ağabala oğlu Baxşıyevə məxsus yaşayış evi sel sularına məruz qaldığı üçün uçub.

    Hadisə gecə saatlarında baş verib. Evdə yaşayan ailə qonşu otaqda yatdığı üçün xəsarət alan olmayıb.

    Ev sahibi Ə.Baxşıyev "Report"a bildirib ki, evin bir otağı iki il əvvəl baş verən daşqınlar zamanı uçub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi