Masallıda çiyələk yığan qadını ilan sancdı

Masallıda çiyələk yığan qadını ilan sancdı Masallı rayonunda yerli sakini ilan sancıb
Hadisə
19 May , 2021 04:34
Masallıda çiyələk yığan qadını ilan sancdı

Masallı rayonunda yerli sakini ilan sancıb.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Göytəpə ərazisində, axşam saatlarında baş verib.

Belə ki, 1980-ci il təvəllüdlü Masallı rayonu Kürdəbaz kənd sakini, Heyran Əlibala qızı Xəlilovanı sahədə çiyələk toplayan zamanı qol nahiyəsindən ilan sancıb.

H.Xəlilovaya ilkin tibbi yardım göstərilib. Daha sonra ilan sancan qadın Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Vəziyyəti orta ağır olaraq qalır.

Son xəbərlər

Orphus sistemi