Masallıda azyaşlılara energetik içki satan obyektlər cərimələnib

Masallıda azyaşlılara energetik içki satan obyektlər cərimələnib Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu və energetik içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Hadisə
13 Fevral , 2022 18:41
Masallıda azyaşlılara energetik içki satan obyektlər cərimələnib

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu və energetik içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən müvafiq tədbirlər nəticəsində rayon ərazisində 3 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib.

Polis əməkdaşları tərəfindən həmin iaşə obyektlərinin satıcıları barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (etil (yeyinti) spirti, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub və hər biri cərimə olunublar.

Son xəbərlər

Orphus sistemi