Masallıda avtomobil qadını vuraraq ağır xəsarət yetirib

Masallıda avtomobil qadını vuraraq ağır xəsarət yetirib Masallı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
2 Aprel , 2021 02:51
Masallıda avtomobil qadını vuraraq ağır xəsarət yetirib

Masallı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə “İstisu” sanatoriyasının yaxınlığında qeydə alınıb.

Belə ki, 1962-ci il təvəllüdlü Vəliyeva Firəngiz Musa qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı əvvəlcə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən tibb mərkəzlərinin birinə göndərilib.

Müayinə zamanı ona hər iki baldır sümüklərinin sınığı diaqnozu qoyulub.

Son xəbərlər

Orphus sistemi