Masallıda avtomobil piyadaları vurub

Masallıda avtomobil piyadaları vurub Masallı rayonunda piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
14 iyun 2019 04:36
Masallıda avtomobil piyadaları vurub

Masallı rayonunda piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayon ərazisində, şərti olaraq "Stansiya" adlandırılan yerdə qeydə alınıb. 

Belə ki, "Ford" markalı avtomobil Masallı rayon sakinləri - 1989-cu il təvəllüdlü Şahbazov Fərhad Valeh oğlunu və 1993-cü il təvəllüdlü Hüseynov Anar Aydın oğlunu vurub. Yaralılar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi