Masallıda avtomobil körpüdən aşıb, sürücü ölüb

Masallıda avtomobil körpüdən aşıb, sürücü ölüb Masallı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır
Hadisə
124
5 Avqust , 2017 12:37
Masallıda avtomobil körpüdən aşıb, sürücü ölüb

Bakı. 5 avqust. REPORT.AZ/ Masallı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, avqustun 4-də saat 23:00 radələrində Masallı rayon sakini Elmidar Mayılov idarə etdiyi “Seat İbiza” markalı avtomobili körpüdən aşırıb.

Nəticədə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.

Masallı Rayon Polis Şöbəsi (RPŞ) tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi