Masallıda avtomobil 5 yaşlı uşağı vurdu

Masallıda avtomobil 5 yaşlı uşağı vurdu Masallı rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
186
10 May , 2021 08:52
Masallıda avtomobil 5 yaşlı uşağı vurdu
0 : 00
0 : 00

Masallı rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Qızılağac kəndində qeydə alınıb. Avtomobil 2016-cı il təvəllüdlü Məmmədli Əli Bayram oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə əvvəlcə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona sağ bazu sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi