Masallıda avtomobil 14 yaşlı velosipedçini vuraraq ağır xəsarət yetirib

Masallıda avtomobil 14 yaşlı velosipedçini vuraraq ağır xəsarət yetirib Masallıda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
22 May , 2022 07:48
Masallıda avtomobil 14 yaşlı velosipedçini vuraraq ağır xəsarət yetirib

Masallıda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb. 2008-ci il təvəllüdlü Ağayev Arif Elman oğlu velosipedlə hərəkətdə olarkən onu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona müştərək və açıq-kəllə beyin travması diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi