Yuxarı
    Bağlamaq

    Tanınmış iş adamının obyektində ölüm hadisəsi baş verib - YENİLƏNİB - FOTO

    Faktla bağlı araşdırmalara başlanılıb© Report.az

    Masallı. 18 iyul. REPORT.AZ/ Masallının Yeddi Oymaq kəndində ölüm hadisəsi baş vermiş asfalt zavodu "Hacı Mazan" kimi tanınan iş adamı Ramazan Zeynalova məxsusdur.

    "Report"un xəbərinə görə, zavodda elektrik vəzifəsində işləyən Yardımlı rayon sakini 1958-ci il təvəllüdlü Əfsər Hüseynov yüksəklikdə işləyən zaman halı pisləşib və bunkerə yıxılıb. Ağır bədən xəsarətləri alan Ə.Hüseynov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

    *** saat 11:27

    Masallı. 18 iyul. REPORT.AZ/ Masallı rayonunun Yeddi Oymaq kəndində yerləşən asfalt zavodunda fəhlə iş zamanı ölüb.

    "Report"un Cənub bürosunun məlumatına görə, zavodda elektrik işləyən, Yardımlı rayon sakini, 1958-ci il təvəllüdlü Əfsər Hüseynov iş zamanı qəza keçirib və ağır bədən xəsarətləri alıb. Yaralı Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. 

    Onun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şəhər şöbəsinə yerləşdirilib. 

    Faktla bağlı araşdırmalara başlanılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi