Masallı rayonunda 8 nəfərin ölümünə səbəb olan ağır yol qəsası ilə əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Bunu "Report"a
O əlavə edib ki, bu gün səhər saat 7 radələrində "Mercedes" markalı 99-LH-458 dövlət nömrə nişanlı mirkoavtobusla Astara istiqamətində hərəkətdə olarkən eyni istiqmətdə hərəkətdə olan "KamAZ" markalı 10-MG-329 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
"Ələt-Astara yolunun 135-ci kilometrliyində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 8 nəfər dünyasını dəyişib, 1 nəfər xəsarət alıb. Hazırda hadisə ilə bağlı müvafiq istintaq hərəkətləri davam edir"- deyə R.Quliyev bildirib.