Masallıda 6 aylıq körpə bədbəxt hadisə nəticəsində ölüb.
“Report”un cənub bürosunun xəbərinə görə, hadisə Digah yaşayış massivində qeydə alınıb.
Belə ki, nəzarətsiz qalan 2024-cü il təvəllüdlü N. Bədəlbəyli uşaq arabasından yıxılıb. Bu zaman qoruyucu kəmər uşağın boğazına sıxılıb. Köməksiz vəziyyətdə qalan körpə boğularaq ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.