Bakı. 8 iyun. REPORT.AZ/ Masallı rayonunda intihar hadisəsi baş verib.
"Report"un xəbərinə görə, hadisə rayonun Axundov küçəsi ev 13 ünvanında qeydə alınıb.
Belə ki, 1962-ci il təvəllüdlü Ərəstun Məmmədov yaşadığı evin həyətində özünü asıb.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.