Masallı. 10 noyabr. REPORT.AZ/ Masallı rayonunda intihar edən şəxsin adı məlum olub.
"Report"un Cənub bürosunun məlumatına görə, rayonun Xoşçobanlı kənd sakini, 1964-cu il təvəllüdlü Abasov Abusət Abas oğlu yaşadığı evdə özünü asaraq intihar edib.
Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsiylə cinayət işi başlanılıb, araşdırma aparılır.
***8:48
Masallı. 10 noyabr. REPORT.AZ/ Masallı rayon sakini intihar edib.
"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Xoşçobanlı kəndində qeydə alınıb.
Heləlik adı məlum olmayan şəxs yaşadığı evdə özünü asaraq intihar edib. Onun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə yerləşdirilib.