Masallıda 400 kq-a yaxın xəstə heyvan ətinin satışının qarşısı alınıb - FOTO

Masallıda 400 kq-a yaxın xəstə heyvan ətinin satışının qarşısı alınıb - FOTO Cəmdəklər polis və baytarlıq idarələrinin birgə reydi zamanı aşkar edilib
Hadisə
200
23 Avqust , 2016 21:53
Masallıda 400 kq-a yaxın xəstə heyvan ətinin satışının qarşısı alınıb - FOTO

Masallı. 23 avqust. REPORT.AZ/ Masallı rayonunda mənşəyi məlum olmayan heyvan cəmdəyinin bazara çıxarılmasının qarşısı alınıb.

"Report"un Cənub bürosu xəbər verir ki, 400 kq-a yaxın çəkidə olan heyvan cəmdəkləri Masallı rayon Polis şöbəsi (RPŞ) və Rayon Baytarlıq İdarəsi əməkdaşlarının birgə iştirakı ilə keçirilən reyd zamanı aşkar edilib.

Masallı rayonu Səmidxan kənd sakini Rəşad Xeyrəddin oğlu Səmədovun idarə etdiyi "Mercedes" markalı, "44-BR-280" dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirilərkən, maşının saxlanc yerində mənşəyi məlum olmayan, baytarlıq-sanitariya cəhətdən keyfiyyəti və təhlükəsizliyi şübhə doğuran heyvan cəmdəkləri aşkarlanıb.

Polis şöbəsində izahatı alınarkən, Rəşad Səmədov bu heyvanların ona məxsus olduğunu, xəstəlik səbəbindən kəsərək satmaq niyyətində olduğunu bildirib.

Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən cəmdəklərdən nümunələr götürülüb və ərazi Baytarlıq Laboratoriyasına təqdim olunub. Qalan hissəsi zərərsizləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi