Masallıda 3 narkotacir saxlanıldı

Masallıda 3 narkotacir saxlanıldı Onlardan ümumilikdə 3 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə götürülüb.
Hadisə
18 Yanvar , 2021 14:58
Masallıda 3 narkotacir saxlanıldı

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi növbəti əməliyyat-axtarış tədbirləri ilə ümumilikdə 3 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Cavad Mirzəyev saxlanılıb və yaşadığı evə baxış zamanı oradan 1 kiloqram 491 qram metamfetamin aşkar edilərək götürülüb.

Masallı polisinin keçirdiyi digər əməliyyat tədbiri nəticəsində isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Taleh Quliyev və Asiman Şahbazov saxlanılıb. Sonuncunun üzərindən 1 kiloqram 85 qram metamfetamin, 350 qram heroin aşkarlanıb. Davam etdirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində onlarla əlbir olan Rahid Bəşirovun yaşadığı evdən isə 223 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi