​Masallıda 23 yaşlı gənc göldə çimərkən batıb

​Masallıda 23 yaşlı gənc göldə çimərkən batıb Hadisə rayonun Sığdaş kəndi ərazisində baş verib
Hadisə
5 İyul , 2015 20:43
​Masallıda 23 yaşlı gənc göldə çimərkən batıb

Bakı. 5 İyul. REPORT.AZ/ Masallı rayonunda bədbəxt hadisə baş verib.

"Report" xəbər verir ki, rayonun Sığdaş kənd sakini Qurbanov Zəkəriyyə Xəlil oğlu göldə çimərkən batıb.

Nəzarətsiz ərazidə batan 1992-ci il təvəllüdlü yerli sakinin cəsədi Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Son xəbərlər

Orphus sistemi