Masallıda 2 mərtəbəli ev yanıb

Masallıda 2 mərtəbəli ev yanıb Ev əşyaları, dəhlizin tavanı və köməkçi tikili yanıblar
Hadisə
14 May , 2015 02:30
Masallıda 2 mərtəbəli ev yanıb

Bakı. 14 May. REPORT.AZ/ Masallı rayonunda yanğın hadisəsi qeydə alınıb. "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə rayon mərkəzindən 19 km aralıda yerləşən Mahmudavar kəndində baş verib.

Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 200 kv. m olan 2 mərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsinin dəhlizində ev əşyaları, dəhlizin tavanı və evin həyətyanı sahəsində tikilmiş ümumi sahəsi 48 kv. m olan köməkçi tikili yanıb.

Yanğından evin qalan hissəsi mühafizə olunub. Yanğın saat 22:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi