Masallı və Cəlilabadda keçmiş məhkumlardan narkotik vasitə götürülüb

Masallı və Cəlilabadda keçmiş məhkumlardan narkotik vasitə götürülüb Masallı və Cəlilabad rayonunda keçmiş məhkumlardan narkotik vasitə götürülüb.
Hadisə
25 Oktyabr , 2019 11:27
Masallı və Cəlilabadda keçmiş məhkumlardan narkotik vasitə götürülüb
google.az

Masallı və Cəlilabad rayonunda keçmiş məhkumlardan narkotik vasitə götürülüb. 

Bu barədə "Report"un Cənub Mərkəzinə DİN Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Belə ki, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini A.Ağazadənin idarə etdiyi “VAZ-2107” markalı avtomobildən ona və sərnişini olan Ərkivan qəsəbə sakini Ə.Abdinova məxsus 173 qramdan artıq metamfetmin, 60 qramdan artıq heroin və 417 qramdan artıq tiryək aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə Ə.Abdinovun işlədiyi istirahət mərkəzindən 2 qramdan artıq marixuana və 12 qramdan artıq çətənə toxumu, habelə orada istirahət edən Ərkivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş H.Orucovdan 286 qrama yaxın marixuana, 3 qramdan artıq metamfetamin, 7 qrama yaxın preqabalin və Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Elşən Nağıyevdən isə 3 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi