Masallı sakininin evində narkotik vasitə aşkar edilib

Masallı sakininin evində narkotik vasitə aşkar edilib Polis Masallı sakininin evində narkotik vasitə və süngü bıçaq aşkar edib.
Hadisə
18 Mart , 2019 12:03
Masallı sakininin evində narkotik vasitə aşkar edilib
Report
0 : 00
0 : 00

Polis Masallı sakininin evində narkotik vasitə və süngü bıçaq aşkar edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında əvvəllər məhkum olunmuş V.Yusifovun şəhər ərazisindəki yaşadığı evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan çəkisi 1,5 kiloqrama yaxın tiryək, həmçinin heroin, metadon, metamfetamin və 1 ədəd süngü bıçaq aşkar edilərək götürülüb.

Araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi