Masallı sakininə kustar üsulla hazırlanan tapançadan atəş açılıb - YENİLƏNİB

Masallı sakininə kustar üsulla hazırlanan tapançadan atəş açılıb - YENİLƏNİB Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
10 Yanvar , 2017 13:29
Masallı sakininə kustar üsulla hazırlanan tapançadan atəş açılıb - YENİLƏNİB

*** İlk xəbər 13:16-da dərc edilib

Masallı. 10 yanvar. REPORT.AZ/ Masallı rayon sakininə kustar üsulla hazırlanmış tapançadan atəş açılıb.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, Masallı rayonunun Yeyən kənd sakini, 36 yaşlı Xəqani Qədirov Masallı Rayon Mərkəzi (RMX) xəstəxanasına yerləşdirilib.

İnsident rayonun "İstisu" sanataroyasi yaxınlığında, Qəriblər kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, X.Qədirov iki nəfər Ərkivan qəsəbə sakinləri tərəfindən döyülüb və sonradan tapançadan atəş açılıb.

Hadisə iki tərəf arasında yaranan mübahisə zamanı baş verib.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində (RPŞ) araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi