Masallı sakininə bıçaqla xəsarət yetirərək pulunu alan şəxslərdən biri saxlanılıb

Masallı sakininə bıçaqla xəsarət yetirərək pulunu alan şəxslərdən biri saxlanılıb Masallı. 13 noyabr. REPORT.AZ/ Masallı rayon sakininə bıçaqla xəsarət yetirərək pulunu alan şəxslərdən biri saxlanılıb.
Hadisə
13 Noyabr , 2018 12:43
Masallı sakininə bıçaqla xəsarət yetirərək pulunu alan şəxslərdən biri saxlanılıb
0 : 00
0 : 00

Masallı. 13 noyabr. REPORT.AZ/ Masallı rayon sakininə bıçaqla xəsarət yetirərək pulunu alan şəxslərdən biri saxlanılıb.  

Bu barədə "Report"un Cənub bürosuna Daxili İşlər Nazirliyinin Lənkəran regional qrupundan məlumat məlumat verilib. 

Belə ki, noyabrın 11-də Nəsimi rayonu ərazisində 2 naməlum şəxs Masallı rayon sakini Rahib Qənbərova bıçaqla xəsarət yetirib 170 manatını alıb. R.Qənbərova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinənlərdən Biləsuvar rayon sakini Vüqar Həsənov saxlanılıb, digərinin isə şəxsiyyəti müəyyən edilib.

Nəsimi rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Son xəbərlər

Orphus sistemi