Masallı sakinindən tapança götürülüb

Masallı sakinindən tapança götürülüb Faktla bağlı araşdırma aparılır
Hadisə
10 Aprel , 2017 12:24
Masallı sakinindən tapança götürülüb

Lənkəran. 10 aprel. REPORT.AZ/ Masallı rayon sakinindən tapança və onun hissələri götürülüb. 

"Report"un Cənub bürosu xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lökbatan qəsəbəsi ərazisində Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Cavad İbrahimovdan nömrəsi silinmiş "TT" markalı tapança, 2 ədəd patron və patron darağı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi