Masallı sakinindən silah-sursat götürüldü

Masallı sakinindən silah-sursat götürüldü Masallı rayon sakinində silah-sursat aşkarlanıb.
Hadisə
13 May , 2020 11:09
Masallı sakinindən silah-sursat götürüldü

Masallı rayon sakinində silah-sursat aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini İ.Qasımovdan müvafiq sənədləri olmayan nömrəsi silinmiş “TOZ-66” markalı ov tüfəngi, 3 ədəd patron götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi