Masallı sakini külli miqdarda narkotiklə Balakəndə tutulub

Masallı sakini külli miqdarda narkotiklə Balakəndə tutulub Masallı rayon sakini külli miqdarda narkotiklə Balakəndə tutulub.
Hadisə
23 May , 2019 10:06
Masallı sakini külli miqdarda narkotiklə Balakəndə tutulub

Masallı rayon sakini külli miqdarda narkotiklə Balakəndə tutulub.

Bu barədə "Report"un Şimal-Qərb bürosuna DİN Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Belə ki, rayonun Hənifə kəndi ərazisində çətənə bitkilərinin üzərindən yığaraq əldə etdiyi narkotik vasitəni qurutmaq üçün sərən Masallı rayon sakini 21 yaşlı Sadiq Mirzəquliyev şübhəli şəxs qismində saxlanılıb.

S.Mirzəquliyevin çöl sahədə sellofan örtüyün üzərinə qurutmaq üçün sərdiyi 22 kiloqrama yaxın marixuana və 123 ədəd yabanı halda bitmiş çətənə bitkisi həmin ərazidən aşkar edilərək maddi sübut kimi götürülmüşdür. 

Saxlanılan şəxs həmin narkotik vasitəni satış məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi