​Masallı sakini həyətyanı sahəsində çətənə kolu becərirmiş

​Masallı sakini həyətyanı sahəsində çətənə kolu becərirmiş İlkin araşdırma zamanı bu bitkilərin ev sahibinin qardaşına məxsus olması müəyyən edilib
Hadisə
9 İyul , 2015 13:11
​Masallı sakini həyətyanı sahəsində çətənə kolu becərirmiş

Bakı. 9 iyul. REPORT.AZ/ Masallıda çətənə kolu aşkarlanıb.

"Report"un məlumatına görə, Masallı rayon Kubin kənd sakini Dilşad Qənbərovaya məxsus həyətyanı sahədə aqrotexniki qaydada yetişdirilən bir neçə ədəd becərilməsi və saxlanması qadağan olunan narkotik xassəli çətənə kolları aşkar edilərək götürülüb.

İlkin araşdırma zamanı bu bitkilərin ev sahibinin qardaşına məxsus olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi