Masallı sakini 9 kq narkotiklə saxlanılıb

Masallı sakini 9 kq narkotiklə saxlanılıb Həyətində narkotik tərkibli bitkilər yetişdirən Masallı sakini saxlanılıb.
Hadisə
385
8 Sentyabr , 2021 10:18
 Masallı sakini 9 kq narkotiklə saxlanılıb

Həyətində narkotik tərkibli bitkilər yetişdirən Masallı sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik xassəli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən, rayonun Musaküçə kənd sakini Q.Bayramov saxlanılıb.

Onun yaşadığı evin həyətində kultivasiya yolu ilə becərdiyi yaş halda çəkisi 9 kiloqram olan 3 ədəd narkotik xassəli çətənə kolu, həyətdəki yardımçı tikilidən isə 370 qram narkotik vasitə qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır

Son xəbərlər

Orphus sistemi