​Masallı sakini 200-ə yaxın qanunsuz ovlanmış çöl quşu ilə saxlanılıb - FOTO

​Masallı sakini 200-ə yaxın qanunsuz ovlanmış çöl quşu ilə saxlanılıb - FOTO Avtomobilə baxış zamanı 179 baş qaşqaldaq, 12 baş çol ördəyi aşkar edilib
Hadisə
443
17 Yanvar , 2016 23:36
​Masallı sakini 200-ə yaxın qanunsuz ovlanmış çöl quşu ilə saxlanılıb - FOTO

Bakı. 17 yanvar. REPORT.AZ/ Biləsuvar polisinin keçirdiyi reyd zamanı avtomobilində çoxlu sayda ovlanmış çöl quşu aparan şəxs saxlanılıb.

"Report"un məlumatına görə, məlum olub ki, Masallı rayonunun Boradigah kənd sakini Tural Qasımov çöl quşlarını Saatlı, Sabirabad və Kürdəmir rayonlarından əldə edib.

O, geri qayıdarkən Biləsuvar rayonu ərazisində saxlanılıb. Polis əməkdaşları avtomobilə baxış keçirən zaman 179 baş qaşqaldaq, 12 baş ovlanmış çol ördəyi aşkar ediblər.

Tural Qasımov qanunsuz ovlanmış çöl quşlarının hər birini 2 manata əldə etdiyini bildirib. O, polisə verdiyi ifadəsində quşları qohumunun toyu üçün aldığını bildirsə də, çöl quşlarının sayının həddindən artıq çox olması onun məhz satış məqsədi ilə alındığını deməyə əsas verib.

Hazırda Biləsuvar rayon Polis şöbəsində quşların ovunu həyata keçirən şəxslərin tapılması istiqamətində araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi