Masallı rayonu ərazisindəki mağazalardan birinin həyətindən inşaat materialları oğurlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”un Cənub Mərkəzinə verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları əməliyayt keçiriblər.
Əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 29-da rayon ərazisindəki mağazalardan birinin həyətindən 4 000 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən Masallı şəhər sakini E.İbadov saxlanılıb.