​Maşallah Əhmədov barəsində həbs qətimkan tədbiri seçilməyib

​Maşallah Əhmədov barəsində həbs qətimkan tədbiri seçilməyib Ona qarşı rəsmi ittiham irəli sürülməyib
Hadisə
137
15 Dekabr , 2015 16:14
​Maşallah Əhmədov barəsində həbs qətimkan tədbiri seçilməyib

Bakı. 15 dekabr. REPORT.AZ/ Polis əməkdaşlarının saxladığı Azərbaycanın tanınmış futbolçusu Maşallah Əhmədov barəsində həbs qətimkan tədbiri seçilməyib.

"Report"un əldə etdiyi məlumata görə, hazırda "Neftçi"nin keçmiş futbolçusu Binəqədi Rayon Polis Şöbəsinin Müvəqqəti saxlama təcridxanasında şübhəli şəxs qismində saxlanılır. Ona qarşı rəsmi ittiham irəli sürülməyib.

Onun barəsində həbs qətimkan tədbirinin seçilib-seçilməyəcəyi Binəqədi Rayon Məhkəməsinin qərarı ilə məlum olacaq.

İlkin məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir nəfərə 72 min manat dəyərində xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin M.Əhmədov sözünə əməl etməyib, həmin şəxsin pulunu da qaytarmayıb

Xatırladaq ki, Azərbaycan futbolunun ən güclü hücumçularından olan M.Əhmədov 1959-cu ildə Gəncədə anadan olub. O, 1977-ci ildən "Neftçi" klubunda oynayıb. M.Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.

Son xəbərlər

Orphus sistemi