30 min manat ziyan çəkən sahibkar: "Marketim yandırılıb" - FOTO

30 min manat ziyan çəkən sahibkar: "Marketim yandırılıb" - FOTO Alovun qarşısı yanğınsöndürənlərin müdaxiləsindən sonra alınıb
Hadisə
28 Yanvar , 2015 14:38
30 min manat ziyan çəkən sahibkar: Marketim yandırılıb - FOTO

Bakı. 28 yanvar. REPORT.AZ/ Bakıda mağazada yanğın olub. “Report”un məlumatına görə, Sabunçu rayonu Ramana qəsəbəsi, Samir Əliyev küçəsində Sevil Baxşəliyevaya məxsus 64 kvadrat metr sahəsi olan mağazada yanğın baş verib. Alovun qarşısı yanğınsöndürənlərin müdaxiləsindən sonra alınıb. Buna baxmayaraq, mağazanın sahibinə 30 min manata yaxın ziyan dəyib.

Mağaza sahibi bildirib ki, obyekt naməlum şəxslər tərəfindən bilərəkdən yandırılıb. Bu ehtimalın nə dərəcədə düzgün olub-olmadığı ərazidə müayinələr aparan polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının araşdırmalarından sonra məlum olacaq. Araşdırmaların gedişi və mağazaya quraşdırılan müşahidə kameralarının görüntülərinə baxılandan sonra bütün qaranlıq məqamlara aydınlıq gətiriləcək.

Son xəbərlər

Orphus sistemi