Marketə hücum edib qonşusunu öldürən gəncin məhkəməsi başlayır

Marketə hücum edib qonşusunu öldürən gəncin məhkəməsi başlayır Bakıda qətl törətməkdə təqsirləndirilən İsmayıl Ağasənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb
Hadisə
13 Avqust , 2020 10:19
Marketə hücum edib qonşusunu öldürən gəncin məhkəməsi başlayır

Bakıda qətl törətməkdə təqsirləndirilən İsmayıl Ağasənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən cinayət işi hakim Əlövsət Abasovun sədrlik etdiyi kollegiyanın icraatındadır.

Qeyd edək ki, hadisə fevralın 9-na keçən gecə Xətai rayonunun Zığ yolu 22 ünvanında yerləşən marketdə baş verib.

1996-cı il təvəllüdlü Ağasənov İsmail Nizami oğlu marketdə satıcı işləyən qonşusu, 1958-ci il təvəllüdlü Əliyev Bəxtiyar Yusif oğlunu bıçaqlayıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, İsmail Ağasənov pul əldə etmək üçün gecə saatlarında bıçaq götürərək Bəxtiyar Əliyevin satıcı işlədiyi marketə basqın edib. O, özündən 38 yaş böyük şəxsə bıçaqla ağır zərbə endirib. Yaralı daha sonra hadisə yerinə gələn şəxslərin köməkliyi ilə Sabunçudakı 3 saylı şəhər xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

İ.Ağasənova Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi