Bakıda satıcını bıçaqlayan şəxs saxlanıldı - VİDEO - YENİLƏNİB

Bakıda satıcını bıçaqlayan şəxs saxlanıldı - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Hadisə
26 Fevral , 2020 20:09
Bakıda satıcını bıçaqlayan şəxs saxlanıldı - VİDEO - YENİLƏNİB
google.az

Video əlavə olunub


*** 19:15

Bakının Yasamal rayonunda yerləşən marketlərindən birində oğurluğa cəhd hadisəsi baş verib.

Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, hadisəni törədən şəxsin hərəkətlərinin qarşısı satıcı tərəfindən alınarkən ona bıçaq xəsarəti yetirməklə həmin ünvandan qaçmağa çalışıb.

Ərazidə xidmətdə olan Yasamal Rayon Polis İdarəsinin Post Patrul Xidməti əməkdaşlarının çevik və operativ müdaxiləsi ilə əvvələr Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş 1977-ci il təvəllüdlü Ramin Cavadov saxlanılaraq 27-ci Polis Bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi